May 16, 2022

Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur

 

 

Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.

Bu barədə “Turaz.org” RİA “Novosti”yə istinadən xəbər verir.

Rusiyanın dövlət başçısı bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb.

O, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək.

Müxbir: Əzizə Əlizadə

Translate »