Lavrov: “Rusiyanın Ukraynadan sonra başqa ölkəyə hücum etmək kimi planı yoxdur.”
Turaz.org xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Kuleba ilə görüşdən sonra Rusiya XİN rəhbəri Lavrov deyib.
O, həmçinin: “Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”. Biz Ukraynanın hərbiləşdirilməsini istəmirik, Ukraynada neonasist dövlətin qurulmasına imkan vermərik. Biz Ukraynanın neytral olmasını istəyirik. Avropa ölkələri və Rusiya üçün təhlükəsizlik təminatları ilə yanaşı, Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq.”- deyib.
Lavrov nüvə silahı ilə bağlı isə: “Mən buna inanmaq istəmirəm və inanmıram. Nüvə mövzusu yalnız Qərb ölkələri, ilk növbədə NATO üzvləri tərəfindən qaldırılır.”-deyib.
Son Xəbərlər
Ordumuzun mövqeləri atəşə tutulub
Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək
Zelenski: “Müharibənin son mərhələsi başlayıb”