Noyabr 27, 2021

Rüstəm İnayətov prezidentin müşaviri vəzifəsindən istefa verib

Şövkət Mirziyoyev hüquq-mühafizə və nəzarət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yeni müşavir təyin edib, bu barədə prezidentin mətbuat katibi Şirzad Əsədov bildirib.

Turaz.org xəbər verir ki , mətbuat katibinin verdiyi məlumata əsasən, prezidentin müvafiq sərəncamı ilə Bəxtiyar İslamov prezidentin hüquq-mühafizə və nəzarət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə müşaviri vəzifəsinə təyin edilib.

O, buna qədər Prezidentin vətəndaşların hüquqlarının müdafiəsi və müraciətlərlə baxılması üzrə müşavirinin birinci müavini vəzifəsində çalışıb.

Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rüstəm İnayətov prezidentin hüquq-mühafizə və nəzarət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə müşaviri vəzifəsini tutub.

Xatırladaq ki, bu il yanvarın sonunda Daniyar Qədirov prezidentin hüquq-mühafizə və nəzarət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə müşavirinin müavini təyin edilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova

Translate »