İyun 4, 2023

Şəxsiyyət oğurluğu sindromu: Öhdəsindən necə gələk? – Ekspert açıqladı

“Şəxs işlədiyi yerə layiq olmadığını düşünə, kimsə onu tərifləyəndə özünü xeyli narahat hiss edə bilər. Əslində bu təriflərə layiq olmadığını, heç kəs bundan xəbərdar olmasa da, özünün təcrübəsiz, istedadsız, uğursuz və ya savadsız biri olduğunu hesab edə bilər. Bu, psixologiyada “şəxsiyyət oğurluğu sindromu” adlandırılır. İnsanların 70 faizi karyeralarının müəyyən nöqtələrində bu sindroma yoluxurlar. Şəxsiyyət oğurluğu sindromuna yoluxan insanlar özlərini daima natamam hiss edir və bunun əksini göstərən hər hansı bir şey ilə qarşılaşdıqda özlərindən şübhə etməyə başlayırlar”.

Bu fikirləri Turaz.org-a açıqlamasında psixoloq Vəfa Əkbər deyib.

Onun sözlərinə görə, bu sindrom insanların özlərini sanki intellektual oğru kimi hiss etmələrinə səbəb olur:

“Onlar heç vaxt əldə etdikləri uğurları dərk etmir, hər bir bacarıqlarını gözardı edirlər.
Əgər belə bir problemlə siz də üz-üzəsinizsə, unutmayın ki, əldə etdiyiniz bütün uğurlar sizin bəxtinizin yaxşı olmasına görə deyil, sərf etdiyiniz əməyə görə sizin olub. Onların hər birinə layiqsiniz.
Bu sindroma yoluxan insanlar adətən uğurlu insanlar olur. Öz çevrələrində və ya yaş qrupunda olan digər insanlar onları kifayət qədər peşəkar və savadlı hesab edirlər. Şəxsiyyət oğurluğu sindromu yaşayan insanlar karyeralarında yüksək pillələrə qalxdıqca, ətrafda baş verən hadisələrlə maraqlanmağı tərgidir və bir nöqtədən sonra olduqları yerdə panikaya düşməyə başlayırlar. Özlərini saxtakar kimi hiss edir və çevrələrindəki insanların əslində bu uğura layiq olduğuna inandırma cəhdlərinə başlayır”.

Ekspert bildirib ki, şəxsiyyət oğurluğu sindromu adətən ailə quruluşundan və uşaqlıqdan bəri yaşadıqlarımızdan qaynaqlanır: “Sindromun yaranma səbəbləri müxtəlifdir.
Bunlardan birincisi layiq olmayan təriflərdir. Əgər valideyn və digər ailə böyükləri fərdə edilən təriflərə layiq olmadığını deyirsə, problem məhz buradan qaynaqlana bilər. Daima başqa uşaqlarla müqayisə edilirək, onları fərdə nümunə göstərmələri bir müddət sonra təriflər qarşısında özünüzü saxtakar kimi hiss etməyə gətirib çıxarır.
İkincisi təriflənməməkdir. Etdikləri çox gözəl işlərin sonunda ailədən heç bir tərif və təqdirə layiq görülmədikdə bu, tədricən travmaya çevrilə bilər. Fərd daima özünü natamam hiss edəcək, şəxsinə qarşı hörmət və sevgisi azalacaq. Əgər uşaq yaşlarında bu ehtiyaclar ödənilməyibsə, fərdin özünə qarşı baxışında da natamamlıq olacaq.
Üçüncüsü daima arxa planda saxlanılmaqdır.Şəxsin liderliyini nümayiş etdirməyi üçün heç bir şərait yaradılmayıbsa, bu da vəziyyətin tədricən gərginləşməsinə səbəb ola bilir. Daima arxa planda tutulmaq, məsuliyyət altına girməyə qoyulmaması şəxsdə özünə olan etibarıı da sarsısa bilir”.

V.Əkbər sindromdan azad olmağın yollarından da söz açıb: “Şəxsiyyət oğurluğu sindromundan yaxa qurtarmağın yeganə yolu kökləri uşaqlığına qədər gedib çıxan bəzi inancları aradan qaldırmaqdır. İllərdir fərdlə birgə olan bu inanclardan xilas olmaq asan iş deyil. Fərd özü ilə düzgün dəyərləndirmə aparmalıdır. Özü üçün çox böyük hədəflər qoyub, sonra natamamlıq hissinə qapılmaq vərdişindən xilas olmalıdır. Əldə etdikləriə fokuslanıb, həmin şeyləri daha da böyütməyə çalışmalıdır.
Tərifləri obyektiv şəkildə dəyərləndirməyi öyrənməlidir. Deyilən hər hansı bir sözü mühakimə və ya təhlil etməməli, sadəcə qəbul etməlidir.
Özünü sübut etməyə çalışmamalı, uğurunu sübut etmək üçün sözlərə çox güc verməməlidir. Bu, heç də yaxşı görünmür. Belə etdikdə layiq olmadığı bir uğurun qarşısında hiss etdiyi narahatlığı gizətməyə çalışacaq, lakin tam əksini etmiş olacaq. Bütün bunların əvəzinə, “Təşəkkür edirəm, sizin üçün yararlı olduğuna çox sevindim,” deyərək, qarşılıq verə bilər.

Bəxtinin gətirdiyini düşünməkdən əl çəkməlidir. Belə edərək, çəkdiyi zəhmətləri heçə endirir, özünə qarşı böyük haqsızlıq edir. Ən çətin şərtlər altında da ağır bir iş və texniki yanaşma nəticəsində uğur qazanmaq mümklündür. Əldə edilən bütün uğurlar da ağır zəhmətin nəticəsidir”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »