Fevral 2, 2023

Sabah Bakıda sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 5-dən 6-na keçən gecə yağışın bəzi yerlərdə sulu qara keçəcəyi, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Turaz.org xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/peyvend-olunanlarin-sayi-aciqlanib-99/

Translate »