Yanvarın 30-a gözlənilən hava şəraiti açıqlanıb.
Turaz.org xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Havanın çirklənməsi xroniki öskürək yarada bilər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
İsmayıllıda zəlzələ oldu