Bakıda və Abşeron yarımadasında iyunun 7-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.
Turaz.org xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/bmt-ukraynada-arasdirmalara-baslayir
Həmçinin bax: kafkazh.com/aile-deyerleri
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür