Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Turaz.org xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.
Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacaq
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/nikol-pasinyan-koronavirusa-yoluxub/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”