Avqustun 21-də Ümumdünya Şahmat Olimpiadasında 40 komandanın qatıldığı top-divizionun oyunları start götürəcək.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız top-divizionun “B” qrupunda mübarizə aparacaqlar. Yarışın birinci günündə komandamız Niderland, Macarıstan, Cənubi Afrika Respublikasının yığmaları ilə qarşılaşacaq.
Ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Bu qrupda, həmçinin Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və yığmaları da yer alıblar.
Olimpiada çərçivəsində artıq baza, dördüncü, üçüncü və ikinci divizionların oyunları başa çatıb.
Ümumilikdə 163 komandanın qatıldığı Olimpiada avqustun 30-dək davam edəcək.
Müxbir: turaz.org xüsusi müxbir Jalə Hüseynova
Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/tarixin-sintezi-iki-millet-macarlar-ve-turkler/
https://azertag.az/xeber/Qebele_klubu_Parananin_futbolchusu_Rafael_Alemao_ile_maraqlanir-1565279
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib