Oktyabr 28, 2021

Sabahın hava proqnozu açıqlanıb

 

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Turaz.org xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

 

Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacaq.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/movlud-cavusoglu-turkiye-ve-azerbaycanin-birge-herbi-telimleri-basqalarinin-eleyhine-deyil/

Həmçinin bax: tehsilim.org/850-icma-esasli-qrupda-eyani-tedris-davam-edir/

Translate »