Sentyabr 28, 2022

“Sabahın məktəbi” mövzusunda vebinar keçirilib


Fevralın 25-i saat 19:00-da “Sabahın məktəbi” mövzusunda vebinar keçirilib.

Vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev, 220 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Ofeliya Qafarova,  276 nömrəli tam orta məktəbin məzunu, ADA Universitetinin tələbəsi Əziz Kərimli, 287 nömrəli “Zəkalar” liseyinin VIII sinif şagirdi Zərifə Hüseynova və valideyn Təranə Salahova iştirak edib.

Təhsil prosesinin iştirakçıları olan tərəflərin görüşünün keçirilməsində əsas məqsəd müasir dövrdə məktəbin rolu  və məktəbdən gözləntilərin nədən ibarət olduğu haqqında müzakirələr aparmaqdan ibarət olub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təlimə Dəstək Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. 

Vebinarda mövzu ətrafında müzakirələr aparılıb, təhsil işçiləri, eləcə də valideyn və şagirdlərin sualları cavablandırılıb.

Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: turaz.org/xocali-soyqirimi-qurbanlarinin-xatiresi-yad-edilib/

Həmçinin bax: turaz.org/aleksey-navalni-moskva-hebsxanasindan-cixdi/

Translate »