Sentyabr 25, 2022

Şabranda baş verən yanğın söndürülüb

Avqustun 16-da saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə ərazisində quru ot örtüyündə baş vermiş yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyiliyinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirib ki, yanğının söndürülməsi üçün əraziyə nazirliyin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstəsi cəlb edilib: “Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində saat 16 radələrində yanğın söndürülüb.

İlkin hesablamalara görə, meşə fonduna aid 5 hektar ərazidə quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib”.

Nazirliyin sözçüsü belə yanğınların baş verməməsi üçün vətəndaşlara müraciət edərək bildirib ki, odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər.

Mənbə : azertag.az

Müxbir : TurAz.org xüsusi müxbiri Məmmədova Zöhrə

Həmçinin bax : https://kafkazh.com/gobelekler/

https://tehsilim.org/cenubi-ural-dovlet-universiteti/

Translate »