Oktyabr 2, 2022

Sədir Cəfərov Müstəqillik Gününün açılış mərasimində qırğız bayrağı qaldırıb

Qırğızıstan prezidenti Sədir Cəfərov Müstəqillik günü və Baytik Batırın 200 illik yubileyinin təntənəli açılışında Qırğızıstan Prezidenti Sədir Cəfərov ölkə bayrağını qaldırıb.

 

Turaz.org xəbər verir ki, bayraq dirəyinin uzunluğu 31 metrdir.

Qırğızıstanın Müstəqillik günü münasibətilə keçirilən təntənəli tədbir Çuy vilayətinin Çunkurçakda prezident Sədir Cəfərov iştirakı ilə keçirilir.

Tədbirdə Akılbek Japarov başçılıq etdiyi Nazirlər Kabinetinin üzvləri, Joqorku Keneşin deputatları, ölkənin ictimai xadimləri, xarici dövlətlərin və beynəlxalq təşkilatların Qırğızıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri və s. iştirak edib.

Eyni zamanda Çunkurçakda XIX əsrin görkəmli siyasi xadimi Kanai uulu Baytikin (Baytik Batır) 200 illik yubileyi keçirilir.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi:Nigar Yusubova

Translate »