Sentyabr 30, 2022

Şahbuz rayonunda onlarla sakin yeni iş yerləri ilə təmin olunub

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər nəticəsində son illər Şahbuz rayonunda da onlarla sakin yeni iş yerləri ilə təmin olunub.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, bu barədə Şahbuz rayonunda təşkil olunan növbəti əmək yarmarkasında danışılıb.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Cəlal Paşayev və Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Məmmədov son dövrlərdə rayonda təşkil olunan əmək yarmarkalarının rolundan söz açıblar.
Qeyd olunub ki, rayonda təşkil edilən əmək yarmarkaları işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsında mühüm əhəmiyyətə malikdir.
Sonra işaxtaran vətəndaşlar onlara təklif olunan iş yerləri ilə tanış olublar. Əmək yarmarkasına 21 müəssisədən 104 boş iş yeri çıxarılıb. 16 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilib. 1 nəfərin peşə hazırlıq kursuna, 2 nəfərin isə özünüməşğulluq proqramına cəlb olunması üçün müraciətləri qəbul olunub.
Son dövrlərdə rayonda sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsidir ki, rayonda sahibkarlıq subyektlərinin sayı artıb. Yarmarkada özəl müəssisələrdən də 18 boş iş yeri işaxtaran vətəndaşlara təqdim olunub.

Müxbir: turaz.org xüsusi müxbir Məmmədova Zöhrə

Mənbə:azertag.az
Həmçini bax:https://kafkazh.com/azerbaycan-dovletcilik-tarixi/

https://www.bbc.com/azeri/azerbaijan-53835705

Translate »