Oktyabr 22, 2021

Sahibkarlığın məktəblərdə tədrisi və innovativ təlim üsulları adlı vebinar

Avqustun 25-də “Virtual məktəb”də müəllimlər üçün “Sahibkarlığın məktəblərdə tədrisi və innovativ təlim üsulları” adlı vebinar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Sevinc Məmmədova “Sahibkarlığa giriş” adlı birinci dərsi təqdim edib. O, ilk növbədə sahibkarlıq mövzusunun məktəblərdə tədris olunmasının əhəmiyyətindən söz açıb, sahibkar və sahibkarlıq fəaliyyəti, “startap” və biznes anlayışlarına aydınlıq gətirib.
Vebinarda sahibkarlıq fəaliyyətinin mülkiyyətə, fəaliyyətin həcminə, sahəsinə, xarakterinə görə və əraziyə görə dəyişdiyi vurğulanıb. Həmçinin, kiçik və orta sahibkarlıq nümunələrindən misallar gətirilib. Biznes və “startup”ın fərqli və oxşar cəhətləri, uğurlu sahibkarlığın xüsusiyyətləri ətraflı təhlil olunub.
Dərsin sonunda mövzu üzrə müəllimlərə tapşırıqlar verilib, suallar cavablandırılıb.
Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax: https://kafkazh.com/somatik-xesteliklerden-eziyyet-ceken-insanlarin-psixologiyasi/.

https://turaz.org/sinoptikler-laura-tropik-firtinasi-abs-sahillerin-avqustun-26-da-catacaq/

Translate »