Monitorinq qrupu bildirir ki, şənbə günü Tonga yaxınlığında baş verən nəhəng sualtı vulkan püskürməsindən sonra Sakit Okean ətrafında növbəti sunami təhlükəsi sona çatdı.
Turaz.org məlumat verir ki, bazar günü Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi (PTWC) təhlükənin azaldığını, lakin sahilyanı ərazilərin güclü və ya qeyri-adi cərəyanlara qarşı tədbiri əldən verməmələrini tapşırıb.
ABŞ və Yaponiya insanları daha əvvəl sahil bölgələrindən uzaqlaşmaları barədə xəbərdarlıq etmişdi.
Yeni sunami ehtimalı az olsa da, Tonqanın çəkdiyi zərərlərlə bağlı qorxular artır.
Bazar günü keçirilən mətbuat konfransında Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern, ada dövlətinin paytaxtı Nuku’alofada qayıqların və böyük daşların sahilə çıxdığını söylədi.
Xanım Ardern, Nuku’alofanın qalın bir vulkanik toz təbəqəsi ilə örtüldüyünü nəzərə almasaq, vəziyyət sakit və sabit olduğunu deyərək, bu kiçik Sakit okean ölkəsi ilə əlaqənin çox məhdud olduğunu da əlavə etdi.
Xanım Ardern bildirib ki, Yeni Zelandiya bazar ertəsi səhər zərərin miqyasını qiymətləndirmək üçün, təhlükəsiz olmağı şərtiylə hava qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi göndərməyə hazırlaşır.
Hələlik Tongada xəsarət alan və ya ölənlər olmasıyla bağlı məlumat verilməyib .
Tərcüməçi: Aytac İsrayılova
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub