Oktyabr 5, 2022

Samuxda bu vaxtadək 3 min hektardan çox təkrar əkin aparılıb

Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi respublikamızın bütün bölgələrində olduğu kimi, Samux rayonunda da kənd zəhmətkeşlərinin aqrar sahəyə marağını artırıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görülmüş tədbirlər nəticəsində bu ilin birinci yarımilində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 51514,4 min manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrünün göstəricilərini 18,3 faiz üstələyib.
“Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən təkrar əkinlər aparan kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi təkrar əkinlərin həyata keçirilməsini daha da stimullaşdırıb. Belə ki, rayonda avqustun əvvəlinə olan məlumata əsasən, 3090,9 hektar sahədə təkrar əkin aparılıb. Bunun da 408,2 hektarı əhali təsərrüfatlarının, 2682,7 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşüb. Təkrar əkinin 2956,9 hektarını qarğıdalı, 74 hektarını günəbaxan, 8 hektarını birillik otlar, 52 hektarını tərəvəz təşkil edib. Təkrar əkinlərin aparılmasına mövcud iqlim şəraitindən əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, əkin sahələrində mineral və üzvi gübrələrdən normal qaydada istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının satış bazarlarının artırılması da müsbət təsir göstərib.
Hazırda rayonda təkrar əkinlərin aparılması davam edir.

Müxbir: turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:azertag.az
Həmçinin bax:https://kafkazh.com/amea-nin-muxbir-uzvu-sahbaz-muradovun-80-yasi-tamam-olur/

https://kafkazh.com/zenbur-jurnali/

Translate »