Oktyabr 3, 2022

Sarkisyan Azərbaycana gələcək: Həkimlər icazə versələr…

Ermənistan Prezidenti Armen Sarkisyanı Azərbaycanla sərhədin demarkasiyası işləri, xüsusilə, Zəngəzurdakı sərhədyanı yaşayış məntəqəsinin təhlükəsizliyi ilə bağlı situasiya narahat edir.

TurAz.org xəbər verir ki, bu məlumatı Ermənistan Prezident Administrasiyası yayıb.

Sarkisyan sərhədlərin demarkasiyasının GPS və digər oxşar sistemlərin köməyi ilə həyata keçirilməsinin yolverilməz olduğunu bildirib.

Administrasiya, həmçinin həkimlərin icazəsindən sonra Armen Sarkisyanın Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının məsuliyyət zonasına gələcəyini açıqlayıb.

Qeyd edək ki, A.Sarkisyan koronavirusa yoluxub və nədənsə, xeyli müddətdir “sağalmır”.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/ermeni-esgerler-ferarilik-etmek-isteyibler-igtisaslar-bas-verib/

Həmçinin bax: tehsilim.org/azerbaycan-ile-turkiye-arasinda-pese-tehsili-sahesinde-emekdasliga-dair-protokol-imzalanib/

Translate »