Noyabr 29, 2022

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərilə birgə görüşdən əvvəl paylaşım edib

Bu gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin də iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

 

Turaz.org xəbər verir ki, bu barədə Mişel tviterdə yazıb.

 

O bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda davamlı sülhün əldə edilməsi ilə bağlı müzakirələr baş tutacaq.

 

Qeyd edək ki, bu gün Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçirilir.

 

Prezident İlham Əliyevlə Şarl Mişel arasında ikitərəfli görüş keçirilib.

 

Müxbir: Əzizə Əlizadə

Hemçinin bax: https://turaz.org/eli-esedov-rusiyali-hemkari-ile-gorusub/

Translate »