Yaxın günlərdə “Black friday” – el arasında “Qara cümə” həftəsini başa vurduq. “Qara cümə”nin tarixi Amerikaya gedib çıxır. Amerikada hər il Şnoyabr ayının sonuncu cümə günündə keçirilən alış-veriş şousudur… Bu, həm də Milad alış-verişinin başlanğıcı hesab olunur. Zamanla bu ənənə Kanadaya, Böyük Britaniyaya və nəhayət bütün dünyaya yayılır. “Qara cümə”nin özəlliyi bütün məhsulların endirimli qiymətlərlə satışa təqdim edilməsidir.
Maraqlıdır, hazırkı dövrdə bu nə dərəcədə realdır? Ölkəmizdə “Qara cümə” endirimi ənənəsi formalaşıbmı?
Mövzu ilə bağlı Turaz.org-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli ölkəmizdə “Qara cümə” anlayışının son beş-altı ildir geniş vüsət almağa başladığını deyib. Onun sözlərinə görə, bu gün ölkəmizdə də bir çox mağazalar, pərakəndə şirkətlər öz mallarını normal günlərə nəzərən “Qara cümə” günü daha ucuz qiymətə müştərilərə təklif edirlər: “Lakin Azərbaycanda “Qara cümə” anlayışı Avropa və ABŞ-dan fərqlidir. Belə ki, ölkəmizdə “Qara cümə” öncəsi bəzi işbazlar məqsədyönlü şəkildə məhsulların qiymətini artırır. “Qara cümə” günü isə qiymətlər yenidən ucuzlaşır. Yəni dünyada “Qara cümə” günü qiymətlər ucuzlaşdığı halda Azərbaycanda olduğu kimi qalır. Bu səbəbdən “Qara cümə” günü məhsul qiymətlərinin həqiqətən də endirilməsinə nəzarət etmək üçün bir mexanizm yaradılmalıdır. Avropada və ABŞ-da konkret saytlar var ki, məhsulların normal günlərdəki və “Qara cümə” günü qiymətlərini alıcılara təqdim edir. Yəni bu yolla alıcılar məhsulun qiymətinin nə qədər endirimdə olduğunu təyin edə bilir. Əgər ölkəmizdə də belə bir mexanizmə nail ola bilsək, “Qara cümə” günləri Azərbaycan vətəndaşları üçün də dünyanın hər yerində olduğu kimi, məhsuldar keçə bilər”.
Mövzuya münasibət bildirən marketoloq Sevinc Şabanova isə əslində məhsulların öz qiymətinə satıldığını, sadəcə insanların bunu endirim olaraq qəbul edtdiyini deyib: “Yerli mağazalar vallah bilmirik qara cümə edir, sarı cümə edir, ağ cümə edir hələ anlaya bilməmişəm.
Mən təklif edirəm ki, alıcılar öncədən bütün qiymətlərə nəzər yetirsinlər. Müəyyən sahibkarlar, marketoloqlar insanları aldada bilirlər.
Əslində, endirimlərin olması pis deyil. Hər birimiz endirimləri sevirik, amma insafla davrananda, təbii ki, bir məhsulun qiyməti 700 manatdırsa, “Qara cümə”də 400 manatadək enir və bu qiymətə almağa dəyər”.
ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva
Son Xəbərlər
Azərbaycan nefti ucuzlaşdı
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artdı
Zənginlik içində ucuzluq…