İyun 3, 2023
Şavkat Mirziyoyev və İmaməli Rəhman görüş

Şavkat Mirziyayev və İmaməli Rəhman Səmərqənddə danışıqlar aparıb

 

Özbəkistan prezidenti Şavkat Mirziyayev Tacikistan prezidenti İmaməli Rəhman ilə Səmərqənddə danışıqlar apararaq Yavan SES”in əhəmiyyətini qeyd ediblər.

Turaz.org xəbər verir ki, görüş zamanı Səmərqənd sammitinin nəticələrinin ŞƏT çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və təşkilatın beynəlxalq nüfuzunun artmasına xidmət edəcəyi vurğulanıb.
Ölkə rəhbərləri qeyd edib ki, iki qardaş ölkə arasında dostluq və mehriban qonşuluq əlaqələri, strateji əməkdaşlıq və mütəffiqlik daim inkişaf edir və güclənir. Bu ilin başlanğıcından etibarən qarşılıqlı ticarətin həcmi 16 faiz artıb. Birgə əməkdaşlıq layihələri iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də elektrik mühəndisliyi, kənd təsərrüfatı və su ehtiyatlarını idarə olunması, nəqliyyat və digər sahələrdə həyata keçirilib.
Dövlət başçıları Yavan su elektrik stansiyasının tikintisinə başlanıldığını qeyd ediblər. Bu layihə hər iki ölkənin və bütün regionun maraqlarını qarşıladığından vacib rol oynayır.
Özbəkistan və Tacikistan dövlət rəhbərləri həmcinin cari beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsini aparıblar
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »