Noyabr 28, 2022

Seçim nəticələri: seçicilərin 82,45%-i Tokayevə səs verib

Qazaxıstanda prezident seçkiləri başa çatdıqdan sonra Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi seçkinin ilkin nəticələri açıqlanıb.

 

Turaz.org bildirir ki, ümumi seçici fəallığı 68,7 faiz təşkil edib. Seçicilərin 82,45%-i hazırkı prezident Qasım-Comərd Tokayevə səs verib. Seçicilərin 3,33 faizi Jiquli Dairabayevə, 2,54 faizi Karakat Abdenə, 2,23 faizi Meyram Kacıkenə, 2,17 faizi Nurlan Auyesbayevə, 2,08 faizi Saltanat Tursinbekovaya səs verib. Səslərin 5,2%-i bütün namizədlərin əleyhinə səs verib. Sorğuda 304 mindən çox qazaxıstanlı iştirak edib. Qazaxıstanda 2022-ci il prezident seçkiləri başa çatıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/almatidan-285-km-cenub-serqde-yeni-zelzele-qeyde-alinib/

Translate »