Noyabr 29, 2022
Sədir Cəfərov

Sədir Cəfərov Astanada keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edəcək

 

Qırğızıstan Prezidenti Sədir Cəfərov oktyabrın 12-14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak edəcək.

Turaz.org Qazaxıstan prezident Administrasiyasının xarici siyasət şöbəsinə istinadən xəbər verir ki, “Səfər çərçivəsində oktyabrın 13-də dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Görüşündə iştirak edəcək. O, daha sonra oktyabrın 14-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Həmin gün Sədir Cəfərov “Mərkəzi Asiya – Rusiya” formatında 1-ci sammitin işində iştirak edəcək. Astanada keçiriləcək beynəlxalq tədbirlər çərçivəsində ölkə liderləri Asiya regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq, MDB çərçivəsində ticarət və investisiya tərəfdaşlığı, “Mərkəzi Asiya – Rusiya” formatında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcək.

Translate »