Noyabr 29, 2022
Qırğızıstan prezidenti

Sədir Cəfərov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

 

Qırğızıstan Prezidenti Sədir Cəfərov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.

Turaz.org bildirir ki, tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi, səfərlərin mübadiləsi və Qırğızıstan ilə Aİ arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması məsələlərini müzakirə edib, qlobal gündəlikdə duran bir çox məsələlər, o cümlədən regional təhlükəsizlik üzrə fikir mübadiləsi aparıblar.

Qırğızıstan prezidenti bu il 30 yaşı tamam olan Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu gün Avropa İttifaqı Qırğızıstan üçün mühüm və prioritet xarici siyasət tərəfdaşı olaraq qalır və Qırğızıstan tərəfi bu əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Söhbət zamanı Sədir Cəfərov Tacikistanın Qırğızıstana qarşı silahlı təcavüzü nəticəsində mülki əhalinin və hərbçilərin həlak olması, Batken vilayətində mülki və sosial infrastrukturun dağıdılması barədə danışıb. Öz növbəsində Aİ-nin xüsusi nümayəndəsi Çolpon-Atada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının IV Məşvərət Görüşünün aktuallığını vurğulayaraq, hazırda dünyada baş verən təlatümlü dövrdə bütövlüyün qorunub saxlanmasının vacib olduğunu vurğulayıb.

Terhi Hakala Qırğızıstan-Tacikistan dövlət sərhədində baş vermiş son faciəli hadisələrlə əlaqədar başsağlığı verib. O, Aİ tərəfindən Qırğızıstanın zərər çəkmiş rayonlarına humanitar yardımın ayrılması barədə məlumat verib, həmçinin sərhəd məsələlərinin həllinə tez bir zamanda yardım etməyə hazır olduğunu bildirib.

Translate »