Qırğızıstan Prezidenti Sədir Cəfərov çərşənbə axşamı aztəminatlı ailələrin uşaqları ilə görüşüb.
Turaz.org xəbər verir ki , Cəfərov, uşaqlara Qırğızıstan prezidentinin administrasiyasındakı ofisini gəzib və iş gününün necə keçdiyini izah edib. Qırğızıstan lideri uşaqlarla söhbət edib , dərsləri ilə maraqlanıb və suallarını cavablandırıb. Uşaq Hüquqları üzrə Ombudsman Aparatının uşaqların sosial müdafiəsini gücləndirmək üçün xüsusi olaraq yaradıldığını söyləyib. “Gənc nəslə xoşbəxt bir uşaqlıq, sağlamlıq və hərtərəfli inkişaf təmin etmək bizim üçün vacibdir. Sizin yaşınızda ən başlıcası yaxşı oxumaq və bilik qazanmaqdır. Təhsilli mütəxəssis olduqda bütün qapılar sizə açıq olur. Gələcək sizin əlinizdədir, əminəm ki, Qırğızıstan Respublikasının layiqli vətəndaşı olacaqsınız ” Cəfərov deyib. Sədir Cəfərov, yerli hakimiyyət orqanları da daxil olmaqla bütün dövlət qurumlarını uşaqların iştirakı ilə açıq qapılar günü keçirməyə və bütün vətəndaşlar üçün daim əlçatan olmağa çağırıb. Görüşdə uşaqlar dövlət başçısına yay tətili planları, sevdikləri fənlər və məktəbdə oxuduqları işlər barədə danışıblar. Həmçinin şəxsi suallarını da bölüşüblər.İsti söhbətdən sonra Prezident Cəfərov onları bir daha bayram münasibətilə təbrik edib və uşaqlara xatirə hədiyyələri təqdim edib.
Tərcüməçi: Şirinzadə Aliyə
Son Xəbərlər
İrəvanın 2 yolu var: əgər sülh bağlamasa…
NATO Hitlerin siyasətini aparır – Lavrov
Türkiyədə müxalifət partiyası prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb