Oktyabr 3, 2022
Qırğızıstan Pakistan münasibətləri

Sədir Cəfərov Pakistan Baş naziri Şahbaz Şəriflə görüşüb

Qırğızıstan prezidenti Sədir Cəfərov Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatınaüzv ölkələrin Dövlət Başçıları Şurasının Səmərqənddə (Özbəkistan) keçirilən 22-ci iclası çərçivəsində Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərif ilə görüşüb.

Turaz.org xəbər verir ki, dövlət başçıları ikitərəfli əməkdaşlıqla bağlı əsas məsələlər barədə fikir mübadiləsi aparıblar.
Sədir Cəfərov siyasi dialoq, ticarətin inkişafı, Qırğızıstan-Pakistan əlaqələrinin müxtəlif sahələrdə əməkdaşlığını gücləndirməyi qeyd edib.
Eyni zamanda o ölkələr arasında ticarət, investesiya, enerji, sənaye, təhsil və tibb sahələrdə əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb.
Prezident Şahbaz Şərif ilə görüşün iki ölkə arasında siyasi əməkdaşlığn gücləndirilməsində yaxşı zəmin yaradacağı və Qırğızıstan-Pakistan əlaqələrinin inkişafına yeni təkan verəcəyindən məmnuniyyətini bildirirdi.
Öz növbəsində Pakistan Baş naziri son zamanlar baş verən çoxlu itkilərə səbəb olan geniş-miqyaslı daşqınlarla əlaqədar Pakistan xalqına dəstək və empatiya üçün minnətdarlığını bildirdi.
Bu baxımdan, o, karbon qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə bağlı geri dönməz nəticələrin qarşısının alınması üçün xüsusilə beynəlxalq səviyyədə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Pakistan Baş naziri Mərkəzi Asiya region da daxil olmaqla, bütün ölkələrə ətraf-mühiti qorumaq üçün daha mərkəzləşmiş layihə həyata keçirməyi təklif edib.
Şahbaz Şərif Sədir Cəfərovu İslamabad şəhərinə dəvət edib, president Sədir Cəfərov bu dəvəti məmnuniyyətlə qəbul edib.
Dövlət başçıları ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »