Qırğızıstan Prezidenti Sədir Cəfərov bu gün Bişkekdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşdə olub.
Turaz.org Qırğızıstan Prezidentinin çıxışını təqdim edir:
“Qırğızıstan həmişə qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verib. Qırğızıstan üçün Özbəkistan əsl dost və etibarlı strateji tərəfdaşdır. Ənənəvi olaraq açıq və mehriban şəraitdə, qarşılıqlı anlaşma və yeni münasibətlərin qurulması ruhunda keçirilən bugünkü görüşümüz bir daha bunu sübut edir. İlk növbədə, bir daha böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək strateji səviyyədədir. Ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur. Aydındır ki, biz birgə səylərin köməyilə dostluq, qardaşlıq və mehriban qonşuluq əsasında ikitərəfli əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Dövlətlərarası münasibətlərdə mühüm rol oynayan iki ölkənin parlamentlərarası əlaqələri mütərəqqi inkişafını davam etdirir.
Müxbir: Aytac Cəfərova
Tərcüməci: Günay xankişiyeva
Həmçinin bax: https://turaz.org/qazaxistan-prezidenti-astana-meri-qasimbeyle-gorusub/
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli