Sədir Cəfərov TDT sammitində işitrak etmək üçün Özbəkistana yola düşür
Turaz.org xeber verir ki, Qırğızıstan prezidenti Sədir Cəfərov Türk Dövlətləri Təşkilatının dövlət rəhbərləri ilə IX iclasından iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə yola düşür.Dövlət başçıları təşkilatın çərçivəsində çoxtərəfli əməkdaşlıq üçün başlıca məsələləri müzakirə edəcək, 2022-2026-cı illər üçün TDT-nın Bəyannaməsini və Strategiyasını qəbul edəcəklər.Iclasın bir hissəsi kimi nəqliyyat, gömrük, rəqəmsallaşdırma sahələrində müqavilələr və sənədlər imzalanması, eyni zamanda TDT və Beynəlxalq Türk Akademiyası üçün rəhbər vəzifələrin təyini də nəzərdə tutulur.Qırğızıstan nümayəndə heyətinin tərkibinə Xarici İşlər naziri Canbəy Kulubayev, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbəy Azımbakiyev, Qırğızıstanın Özbəkistandakı səfiri Musa Jamanbayev, Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbəy Omurəliyev, Nəqliyyat və Rabitə naziri Tilek Tekebayev, İqtisadiyyat və ticarət naziri Daniyar Amangəldiyev, Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabəyov daxildi
Özbəkistan tərəfinin sədrliyi ilə keçirilən Sammitin işində təşkilata üzv dövlətlərin – Qırğızıstan Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Türkiyə Respublikasının başçıları, Macarıstanın baş naziri və Türkmənistanın Milli Gengeşin (Xalq Şurası) sədri isə müşahidəçi statusunda iştirak edəcək
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/turk-dovletleri-teskilatinin-zirve-gorusu-ozbekistanda-semerqendde-kecirilecek/
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı
Türkiyədə prezidentliyə müraciət prosesi başladı