Mart 30, 2023

Sədir Cəfərov Türkiyədə keçirilən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib

Sentaybrın 29-da Qırğızıstan prezidenti Sədir Cəfərov və xanımı Aygül Cəfərova İznikdə keçirilən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib.

Turaz.org  xəbər verir ki, mərasimdəm öncə Sədir Cəfərov Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb. Görüşdən sonra hər iki ölkə rəhbərləri eləcə də digər nümayəndə heyətlərinin rəhbərləri IV Dünya Köçəri Oyunlarının açılış mərasiminin keçirildiyi stadyona gediblər.
Təntənəli tədbir türk dünyasına və köçərilər mədəniyyətinə həsr olunmuş teatrlaşdırılmış tamaşa ilə müşayiət olunub. Mərasim çərçivəsində türk dünyası ölkələrinin yaradıcılıq və rəqs qrupları, o cümlədən Qırğızıstandan olan 30-a yaxın mədəniyyət xadimi, o cümlədən “Kambarkan” folklor-etnoqrafik ansamblı, solistlər və rejissor komandası çıxış edib.
Bundan əlavə, açılış mərasimi çərçivəsində Oyunlarda iştirak edən ölkələrin paradı keçirilib.
IV Dünya Köçəri Oyunları sentyabrın 29-dan oktyabrın 2-dək “Birliyi və adət-ənənələri qoruyaraq gələcəyə addımlayırıq!” şüarı altında keçiriləcək.
Oyunlarda 102 ölkədən 3000 mindən çox idmançı iştirak edəcək. Qırğızıstanı 148 idmançı təmsil edəcək.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Translate »