Qırğızıstan prezidenti Sədir Cəfərov çərşənbə axşamı Oş vilayətinin Uzqen rayonunun sakinləri ilə görüşüb.
Turaz.org bildirir ki, görüş zamanı yerli əhaliyə Qırğızıstan-Özbəkistan dövlət sərhədində, eləcə də Kempir-Abad su anbarında sərhəd məsələləri barədə ətraflı məlumat verilib. Bundan əlavə, rayon sakinləri onları maraqlandıran suallara cavab alıblar.
İclasda Nazirlər Kabineti sədrinin müavini – Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev, baş prokuror Qurmanqul Zuluşev, Ali Şuranın deputatları, aidiyyəti dövlət orqanlarının rəhbərləri iştirak ediblər
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib