Sədir Cəfərov Qırğızıstanlıları turistlərə qonaqpərvərlik və yüksək mədəniyyət göstərməyə çağırır.
Turaz.org xəbər verir ki, prezident Sədir Cəfərov “Feysbuk” hesabında yazaraq Qırğızıstan xalqını turistlərə qonaqpərvərlik və yüksək mədəniyyət göstərməyə çağırıb.
“Turizm mövsümü açılıb. İstər İssik gölü, istər paytaxt və ya başqa bölgəyə fərq etmədən hər keçən gün ölkəyə turist axını artır. Müxtəlif proqnozlara istinadən, bu il yüksək turist axını gözlənilir. Turizm dövlət xəzinəsinin doldurulmasında mühüm mənbəyə çevrilə bilər. Sözsüz ki, bu təkcə dövlətə deyil, həm də müxtəlif sahələrdə işləyən və turistləri xidmətlərlə təmin edən minlərlə soydaşımıza maddi gəlir gətirəcək. Bu səbəbdən sizdən ölkəmizə gələn hər turist və əcnəbiyə qonaqpərvərliyimizi və yüksək mədəniyyətimizi nümayiş etdirməyinizi xahiş edirik. Onların öz vətənlərinə qayıtdıqda Qırğızıstan haqqında düşüncələri onlara münasibətinizdən asılıdır. Onlarda xoş təəssürat yaranarsa, yaxın illərdə mütləq qayıdacaqlar”, – Qırğızıstan prezidenti yazıb.
Tərcümə: Yusubova Nigar
Həmçinin bax: turaz.org/ozbekistan-kicik-su-elektrik-stansiyalari-insa-edecek
Həmçinin bax: kafkazh.com/qetl-gunu-romani-sicovullasan-dusunce-problemi
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib