Sentyabr 30, 2022

Candidate for the post of prime minister Sadyr Japarov speaks at an extraordinary session of the Kyrgyz Parliament at the Ala-Archa state residence in Bishkek on October 10, 2020. (Photo by VYACHESLAV OSELEDKO / AFP)

Sədir Cəfərov Yaponiya İmperatoru Naruhitonu ad günü münasibətilə təbrik edir

Turaz.org xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata əsasən, Qırğızıstan Prezidenti Sədir Cəfərov Yaponiya İmperatoru Naruhitonu ad günü – Yaponiyanın milli bayramı münasibətilə təbrik edib.
“Yaponiya müstəqillik qazanandan bəri Qırğızıstan Respublikasının mühüm tərəfdaşıdır. Qırğızıstan-Yaponiya münasibətlərinin hər iki xalqın ümumi rifahına yönəlmiş dinamik inkişafını məmnunluqla qeyd edirəm. Yaponiya hökumətinin Qırğızıstan Respublikasında ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verən davam edən layihələrini yüksək qiymətləndiririk. Koronavirus infeksiyasına qarşı mübarizədə göstərilən köməyə görə səmimi təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Sizin dəstəyinizlə ölkələrimiz arasındakı tərəfdaşlıq və dostluq münasibətləri bundan sonra da fəal şəkildə inkişaf edəcəkdir ”deyilir təbrikdə.
Sədir Cəfərov İmperator Naruhitoya möhkəm cansağlığı və uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq arzuladı.
Tərcüməçi: Həmidə İskəndərova

Həmçinin bax: turaz.org/azerbaycana-getirilen-quru-albuxara-mehsulunda-kif-gobelekleri-askarlanib/

Həmçinin bax: tehsilim.org/azerbaycan-ile-turkiye-arasinda-pese-tehsili-sahesinde-emekdasliga-dair-protokol-imzalanib/

Translate »