İyun 8, 2023

Şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş veloyürüş keçirildi

Şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş veloyürüş keçirildi
İsmayıllı  rayon  Gənclər  və  İdman  idarəsi 13 avqust 2020-ci il tarixdə  pandemiya qaydalarına əməl etməklə Şəhidlərin Xatirəsinə həsr olunmuş veloyürüş keçirib. 

Yürüş  İsmayıllı Şəhidlər Xiyabanı- Şəhid Xəyyam Daşdəmirovun məzarı (Balik kəndi)-İsmayıllı Şəhidlər Xiyabanı marşrutunu əhatə edib.

İsmayıllı rayon Polis Şöbəsinin Yol Patrul və Post Patrul xidməti əməkdaşları və rayon Mərkəzi Xəstəxanasının həkiminin və  təcili tibbi yardım avtomobilinin müşayiətilə iştirakçılar ilk olaraq Şəhidlər Xiyabanında  dəfn olunmuş şəhidləri ziyarət etdikdən sonra, Tovuz döyüşlərində şəhid olmuş İsmayıllı rayon Balik kəndindən olan, Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.
Mənbə:mys.gov.az
Müxbir:Aytac Cəfərova

Həmcinin bax http://demokrat.az/news/16492

Translate »