Fevral 8, 2023

Səhiyyə naziri: Qırğızıstanda karantin tətbiq edə bilmərik

 

Turaz.org xəbər verir ki, “Qırğızıstanda karantin tətbiq edə bilmərik” deyə ölkənin Səhiyyə və Sosial İnkişaf naziri Alimqədir Bəyşenaliyev İlk Radionun efirində bildirib.

 

Karantinanın keçən il tətbiq edildiyini və bunun ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini söyləyib.

 

“Karantin tətbiq etsək, böhran olacaq, maaş, müavinət, təqaüd verə bilmərik. Karantin tətbiq edə bilmərik. Əksinə, isti mövsümdə turizm mövsümü açıldı. Həkimlərimiz orada çox çalışır. Gördüyünüz kimi orada çox xəstə insan yoxdur ”deyib.

 

Komendant saatı, Qırğızıstanda ilk yoluxmaların 18 Mart 2020-ci ildə aşkar edildiyi bir ay yarım müddətinə tətbiq edilib. Orta Asiya ölkəsi keçən il 22 martda fövqəladə vəziyyət elan edib və bu tədbir hələ də qüvvədədir.

Tərcüməçi:Həmidə İskəndərova

Həmçin bax:https://turaz.org/qirgizistan-avqustun-ortalarinda-isvecreden-astrazeneka-peyvendini-alacaq/

Həmçin bax:https://turaz.org/anama-son-heftede-azad-edilmis-erazilerde-182-mina-askarlanib/

Translate »