Oktyabr 23, 2021

Səhiyyə Nazirliyi: “İndiyədək 357 yeniyetmə vaksinasiya olunub”

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.

Turaz.org xəbər verir ki,Səhiyyə Nazirliyindən bildirilib ki, indiyədək 357 yeniyetmə vaksinasiyada iştirak edib.

“Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər”, – nazirlikdən qeyd olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »