Media Fondunun Himayəçilər Şurasının sədr müavini, Özbəkistanın Gender Bərabərliyi Komissiyasının üzvü Səidə Mirziyoyeva ABŞ dövlət katibinin ictimai əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən Elizabet Kennedi-Trüdo ilə görüşüb.
“Görüş səmimi abu-havada keçib. Dezinformasiyaya qarşı mübarizədən, gənclər və uşaqlar arasında media savadının artırılmasının zəruriliyindən danışdıq, Kütləvi İnformasiya Vasitələri Fondunun fəaliyyətindən danışdıq.
Mən həqiqətən amerikali qonağın ifadəsini bəyəndim :” Biz, yəni amerikalılar,bura nə etməli olduğunzuu deməyə gəlməmişik. əməkdaşlıq üçün buradayıq. Və sizi etibarlı və sabit əməkdaş olaraq görürük.” Əminəm ki, qarşıda bizi səmərəli əməkdaşlıq gözləyir”, – Səidə Mirziyoyeva Telegram səhifəsində yazıb.
Turaz.org məlumat üçün bildirir ki, Elizabet Trüdo Özbəkistana səfəri zamanı Daşkənddəki Vebster Universitetində “Media Peşəkarları üçün İngilis dili” proqramının məzunları ilə söhbət edəcək. Bundan əlavə, o, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının məzunları ilə görüşməyi və Cizzəxdəki qadın sığınacağına baş çəkməyi planlaşdırır.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib