Dekabr 9, 2022

Səmərqənd ərəb və müsəlman ölkələrin parlamentlərinin qadın liderlərinin birinci forumuna ev sahibliyi edəcək  

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının Şarm Əl-Şeyxdə keçirilən 27-ci konfransında iştirak etmək üçün Misirə səfər edən Senatın sədri Tənzilə Narbayeva Qahirədə Misir Senatının sədri Əbdülvahab Əbdürraziq ilə görüşüb.

 

Turaz.org bildirir ki, orada ikitərəfli münasibətlər, ticarət-iqtisadi, mədəni-humanitar və parlament əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Əbdülvahab Əbdürraziq qeyd edib ki, son illər qarşılıqlı əlaqələr yeni, daha yüksək səviyyəyə yüksəlib, müxtəlif sahələrdə böyük əməli nəticələr əldə edilib. 2023-cü ildə Səmərqənddə keçirilməsi planlaşdırılan ərəb və müsəlman ölkələri parlamentlərinin qadın liderlərinin birinci forumunun keçirilməsi təşəbbüsü dəstəklənib. Bundan əlavə, tərəflər arasında münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi və parlamentlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Dialoqda əhalinin sosial ehtiyacı olan təbəqələrinin, qadınların və gənclərin hərtərəfli dəstəklənməsi məsələsinin hər iki ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/ozbekistan-numayende-heyeti-efqanistan-uzre-meslehetlesmelere-dair-moskva-formatinin-4-cu-iclasinda-istirak-edir/

Translate »