İddialara görə, vətəndaş ona və daha iki vətəndaşa (U.N və D.F.) ödənişli olaraq Meksikadan ABŞ-a keçidin təşkilini vəd edib. Bu barədə DİN-in İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Turaz.org xəbər verir ki, ərizəçinin sözlərinə görə, D.A. xidmətlərinə görə hər birindən 20.000 dollar olmaqla 60.000 dollar istəyib.
Yanvarın 24-də Səmərqənd RPŞ və DTX əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı vətəndaş D.A. Səmərqənddəki “Zilol Baxt” otelinin yaxınlığında ərizəçidən 60000 ABŞ dolları alarkən saxlanılıb.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 168-4-cü maddəsinin (dələduzluq) a bəndi ilə cinayət işi başlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: https://turaz.org/ozbekistanda-yanacaqdoldurma-menteqeleri-fealiyyete-baslayir/
Son Xəbərlər
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
Alim Qasımov ABŞ-da konsert verib