Dekabr 9, 2022

Səmərqənddə MDB Parlamentlərarası Assambleyasının sessiyası keçirilib

Səmərqənddə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının payız sessiyasının tədbirləri keçirilib.

 

Turaz.org bildirir ki, sessiya çərçivəsində MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, İnformasiya, Turizm və İdman Daimi Komissiyasının iclası keçirilib. Tədbirə Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Elm, təhsil, mədəniyyət və idman komitəsinin sədri Erkin Zahidov sədrlik edib. MDB ölkələri üçün Nümunəvi Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyasının layihəsi təqdim olunub. Mədəniyyət, turizm və idman sahələrində rəqəmsal inkişafda qanunların qəbul edilməsinin istiqamətləri müzakirə edilib. İclasın gündəliyinə “Televiziya və radio yayımı haqqında”, “Rəqəmsal media resurslarında elektron kommunikasiyalar haqqında” qanunların hazırlanması məsələləri daxil edilib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/qirgizistan-nazirler-kabinetinin-sedri-astanaya-sefer-edib/

Translate »