Dekabr 8, 2021

Şəmkirdə “Plastiksiz planet” təşəbbüsü həyata keçirilib

Education HUB-ın İnkişaf Zamanı Proqramı çərçivəsində Şəmkir rayonunda “Plastiksiz Planet” təşəbbüsü həyata keçirilib.

Turaz.org xəbər verir ki, tədbir iştirakçılarına ilk öncə plastikin təbiətə vurduğu zərərlər barədə məlumat verilib. Daha sonra “plastik torba” əvəzinə “eko çanta” nın təbliği həyata keçirilib. Ardınca “Plastiksiz Planet” video çarxının təqdimatı olub.

Hazırlanmış art-kompozisiya iştirakçılara nümayiş olunub. Problemin həllinə dair iştirakçıların fikirləri dəyərləndirilib. Tədbirin sonunda isə iştirakçılara komanda olaraq eko çanta və sertifikatlar təqdim olunmuşdur.

Plastik istifadəsindən tamamilə imtina edə bilməsək də, plastik torbaları almamaq bizim əlimizdədir. Eko çanta istifadə edərək yüzlərlə plastikin vurduğu zərərin qarşısını ala bilərik.

Təşəbbüsün video çarxı:

youtu.be/fziJG7bYGAQ

Həmçinin bax: tehsilim.org/agdami-kitabla-ciceklendirek-tesbbusu-heyata-kecirilib/

Həmçinin bax: Aİ rəsmisi: Azərbaycanla tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çatdırmağa hazırıq

Translate »