Oktyabr 3, 2022

Sentyabr ayında Bişkekdə “YAPON AYI” keçiriləcək

Yaponiyanın Qırğızıstandakı səfirliyi Qırğızıstan-Yaponiya İşgüzar Şurası, Qırğızıstan-Yapon Dostluq Fondu, Qırğızıstan-Yapon İnsan İnkişafı Mərkəzi və Qırğızıstan Milli Filarmoniyası ilə əməkdaşlıq çərçivəsində müxtəlif mədəni tədbirlər keçirəcək.

Turaz.org xəbər verir ki, bu payızda keçiriləcək bütün tədbirlər Yaponiya və Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. Qonaqları və paytaxt sakinlərini Yaponiyadan gələn “Rakuqo” hekayətçiləri, “Yaponiya gecəsi” tədbiri, Qırğızıstan-Yapon dostluğu gecəsi, Qələbə parkında sakura əkilməsi, “Bilimkana” məktəbinin şagirdləri ilə mədəni mübadilə gözləyir.

Əsas tədbir kimi sentyabrın 17-də saat 18:00-da T.Satılqanov adına Filarmoniyada “Yaponiya Günü” üçün yapon təbil ifaçıları olan “Tsai” qrupu və Yaponiyadan gələn Şamisen ifaçılarının konsertinin olması planlaşdırılır.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/qirgizistan-musteqillik-gunune-hesr-olunmus-payiz-sergisi-biskekde-acilacaq
Həmçinin bax: kafkazh.com/qetl-gunu-romani-sicovullasan-dusunce-problemi

Translate »