Oktyabr 4, 2022

Serbiya: “Biz Azərbaycana da, Ermənistana da silah satırıq”

Serbiya: “Biz Azərbaycana da, Ermənistana da silah satırıq”
Hazırda Azərbaycana gəlmiş Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç-in səfəri Azərbaycanın Serbiyaya silahla bağlı müraciətindən sonraya təsadüf edir.

Neboyşa Stefanoviç Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşəndə siyasi və təhlükəsizlik məsələlərini müzakirə etsə də, Ermənistana silah satışı ilə bağlı hansı cavabı gətirdiyi bəlli deyil.

Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Tovuzdakı hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.
Serbiya silah ticarətinin çarpaz atəşi altına düşüb.
Azərbaycan Serbiya hökumətinə müraciət edərək Ermənistana silah satışına dair mövqeyini yenidən nəzərdən keçirməyi xahiş edəndə Belqradın buradan çox uzaqda baş verən beynəlxalq mübahisənin ortasına düşdüyü aydın oldu.

Serbiya prezidenti Aleksandr Vucic bununla bağlı bildirib ki, 17000 işçini çalışdıran Serbiya silah zavodlarının öz məhsullarını satmaq üçün bazara ehtiyacı var.

“Dostlarımız arasında həm Azərbaycan, həm də Ermənistan var. Son bir neçə il ərzində biz Azərbaycana on dəfə çox silah satmışıq,” – Vucic mətbuat konfransında bildirib.

BBC News Serbcə xidməti yazır ki, Serbiya Ticarət nazirliyi 2017-ci ildə Ermənistana silah ixracına 19 icazə verildiyini rəsmən etiraf edib.

Nazir əlavə edib ki,”biz Azərbaycanla dostluq münasibətlərimizi pozmamağın qayğısına qalmalıyıq”, digər tərəfdən, o, etiraf edib ki, Ermənistanla biznes sövdələşmələri Serbiya qanunlarına uyğun tərtiblənib.

Serbiya hökuməti müxalifət tərəfindən də tənqid olunub. Serbiya müxalifəti hakim partiyalardan onlara yaxın olan biznesmenlərin Ermənistanla ticarət sövdələşmələrində üstünlüyə malik olub-olmamaları barədə açıq sual verib.

Serbiya ilə Azərbaycan arasında münasibətlər əsasən iqtisadi əməkdaşlıq hesabına inkişaf edib – bu ölkədən olan şirkətlərə Balkanlar üzərindən avtomobil yollarını inşa etmək imkanı verilib – bu iş iki ölkənin prezidentləri tərəfindən razılaşdırılıb.

Rəmzi bir jest olaraq Azərbaycanın keçmiş lideri Heydər Əliyevin abidəsi Belqradın mərkəzi parklarından birində ucaldılıb.
Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunda iyulun 12-dən başlayan və 5 gün davam edən “Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb,” – Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdi.

Bu döyüşlərdə Azərbaycan biri general olmaqla 10-dan çox hərbçi və bir mülki şəxsini, Ermənistan 5 hərbçisini itirmişdi.
Mənbə:bbc.com/azeri
Müxbir:Aytac Cəfərova

Həmçinin bax :https://kafkazh.com/hilmi-ziya-ulkenin-felsefi-gorusleri/

Translate »