Mayın 25-də Əfqanıstan hökumət və işgüzar dairələrinin nümayəndələri – Baş nazirinin müavini , Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Naziri Sərdar Umurzakov Əfqanıstan Prezident Administrasiyasının rəhbəri Məhəmməd Şakir Karqar ilə danışıqlar apardıqları Termizə səfər ediblər.
Turaz.org xəbər verir ki , tərəflər siyasi, ticarət-iqtisadi, investisiya və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Onlar həmçinin ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri barədə fikir mübadiləsi apararaq son dörd ildə qarşılıqlı ticarət həcminin 2020-ci ildə təxminən 800 milyon dollar təşkil etdiyini və 1.5 dəfə artdığını qeyd ediblər. Tərəflər Özbəkistan-Əfqanıstan ticarət dövriyyəsinin 2 milyard dollara qədər artmasını təmin etmək üçün ortaq iş həyata keçirməyə hazır olduqlarını təsdiqləyiblər.
“Hər iki tərəf ticarət əməkdaşlığının intensivləşdirilməsi üçün iki ölkənin müvafiq nazirlik və idarələrinin bu ilin sonuna qədər imzalamaq üçün güzəştli ticarət razılaşması layihəsinin koordinasiyasını sürətləndirmələri barədə razılığa gəldilər” deyə bəyənatda bildirilib.
Bundan əlavə, tərəflər iki ölkənin sahibkarlarını Termiz Beynəlxalq Ticarət Mərkəzinin mənbələrindən və imkanlarından istifadə edərək iş birliyi qurmağa cəlb etmək üçün ortaq tədbirlər hazırlamaq barədə də razılığa gəliblər.
“Görüş zamanı səhiyyə sahəsində əməkdaşlıq perspektivləri də nəzərdən keçirildi: ölkələr sərhədyanı bölgələrdə yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş müasir tibb mərkəzlərinin yaradılmasına maraq göstərirlər. Həm Özbəkistan, həm də Əfqanıstan əhalisinə çoxsaylı tibbi xidmətlər göstərmək üçün bir sistemin yaradılmasına kömək edəcək. ”deyə mətbuat xidməti əlavə edib.
Tərcüməçi: Şirinzadə Aliyə
Həmçinin bax: turaz.org/tokayev-daniel-ehmedovu-qebul-edib/
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli