Sentyabr 28, 2022

Sərdar Umurzakov Macarıstan Baş Naziri Viktor Orban ilə görüşüb

Özbəkistan nümayəndə heyətinin başçısı olaraq Budapeştə səfəri çərçivəsində Sərdar Umurzakov Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqlar aparıb.

Turaz.org xəbər verir ki, söhbət zamanı tərəflər ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. İki ölkənin işgüzar sahələri arasında qarşılıqlı əlaqələrin artırılması imkanları nəzərdən keçirilib.

Tərəflər Macarıstan şirkətlərinin və işgüzar dairələrin investisiya qoymaqda maraqlı ola biləcək sahələri müəyyənləşdiriblər.

Özbəkistan tərəfi Macarıstan hökumətinə Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasında və Ümumi Üstünlüklər Sistemindən (GSP +) faydalanan ölkə statusu almasında dəstək olmağa hazır olduğuna görə minnətdarlığını bildirib.

Tərcümə edən: Şirinzadə Aliyə

Həmçinin bax: turaz.org/ebduleziz-kamilov-qazaxistan-tacikistan-ve-turkmenistana-sefer-edecek/

Həmçinin bax: tehsilim.org/qazaxistanda-2021-2022-ci-tedris-ili-uzre-htp-cercivesinde-tehsil-imkani/

Translate »