“Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Ötən ilin sonunda Rusiya Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınmasında və bütün Cənubi Qafqazda dinc həyatın bərpası üçün şəraitin yaradılmasında mübaliğəsiz olaraq həlledici rol oynadı”.
Turaz.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya tərəflər arasında etimadın möhkəmləndirilməsinə və humanitar layihələrin həyata keçirilməsinə dəstək olmaq üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə səy göstərir.
Müxbir: Leyla Qocayeva
Son Xəbərlər
Suriyadakı son vəziyyət
Türkiyə nazirləri son vəziyyət ilə bağlı məlumat veriblər
Qardaş ölkədə 7 günlük milli yas elan edildi