May 16, 2022

Sergey Şoyqu 13 gündən sonra üzə çıxıb

 

 

Bir müddətdir ki, yeri məlum olmayan Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 13 gündən sonra üzə çıxıb.

Turaz.org” “Haber Global”a istinadən xəbər verir ki, Şoyqu Təhlükəsizlik Şurasının iclasına qatılıb.

Şoyqunun yoxa çıxması müxtəlif şayiələrə səbəb olsa da, bir çoxları Ukraynadakı uğursuzluğa görə Şoyqunun işdən çıxarıldığını iddia edirdi.

Bəziləri isə müdafiə nazirinin səhhətində problemlər olduğu qənaətində idi.

Kremlin sözçüsü Dmitri Peskov Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya mətbuatına açıqlama verərək, Şoyqunun Prezident Vladimir Putinə əməliyyatlarla bağlı hesabat təqdim etdiyini bildirib.

“Müdafiə naziri Soyqu xüsusi hərbi əməliyyatın gedişi, habelə humanitar yardımın çatdırılması, azad edilmiş ərazilərdə həyati vacib infrastrukturun bərpası və təhlükəsizliyin təmin edilməsi barədə məlumat verib”, – Peskov deyib.

Müxbir: Əzizə Əlizadə

Translate »