Sentyabr 28, 2022
Qırğızıstan

Sərhəd münaqişəsində yaralanan qırğızların sayı 163-ə çatır

Sentyabr ayının 19-u saat 11:35-ə olan məlumata görə səhiyyə ocaqlarına qəbul edilən zərərçəşmişlərin sayı 163-ə çatıb. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Turaz.org nazirlikdən əldə etdiyi məlumata istinadən bildirir ki, gecə boyunca 19 nəfər zərərçəkmiş Batken vilayətinin səhiyyə ocaqlarına tibbi yardım üçün müraciət edib,onlardan 12-si evə buraxılıb.
Ümumi olaraq 144 nəfər xəstəxanalarda müalicə almağa davam edir.
Digər zərərçəkmişlər isə Batken vilayətinin səhiyyə ocaqlarında stasionar müalicə almalı olublar.
Bütün zərərçəkmişlər vacib tibbi yardımlarla təmin edilir, qan məhsulları, dərmanlar və digər tibbi məhsullar kifayət qədər mövcuddur.
Batken vilayətində silahlı münaqişə nəticəsində dünyasını dəyişənlərin ümumi sayı 59 nəfərə çatıb.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »