Avqustun 21-də UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu ada Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini, Fransanın “Paris Sen-Jermen” klubunun futbolçuları Neymarı və Anxel Di Mariyanı qabaqlayıb.
İyirmi beş yaşlı almaniyalı hücumçu Fransanın “Lion” klubunu 3:0 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin matçında 75 dəqiqə meydanda olub, iki dəfə fərqlənərək komandasını finala çıxarmaqda vacib rol oynayıb.
Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq finalda “Bavariya” klubu “Paris Sen-Jermen” komandası ilə qarşılaşacaq. Qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü avqustun 23-də keçiriləcək.
Müxbir:turaz.org xüsusi müxbir Jalə Hüseynova
Mənbə: azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/Zerdabda_6000_tondan_chox_pambiq_yigilmasi_gozlenilir-1566545
https://kafkazh.com/yeniyetmelerin-qrup-aqressiyasi-ve-onlarin-qarsisinin-alinmasi-usullari/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”