Bu gün Kipr, Yunanıstan, İtaliya və Fransanın üçgünlük dəniz təlimləri başlayır.
‘Eunomia’ adlanan məşq Kipr adasının qərbində keçirilir. Təlimin adı qanun və qaydanı təmsil edən Yunan mifologiyasında Themis və Zevsin övladı olan tanrıçadır.
Yunanıstan müdafiə nazirliyinin açıqlamasında “Bu məşq, gərginliyin azaldılması siyasəti çərçivəsində dörd Aralıq dənizi dövlətinin qanunun aliliyi ilə bağlı öhdəliklərini nümayiş etdirmək məqsədi daşıyır” deyilib.
Fransa Silahlı Qüvvələrinin naziri Florens Parly Şərqi Aralıq dənizinin gərginliyin artdığı bölgəyə çevrildiyini bildirərək , beynəlxalq hüququn normaya çevrilməli olduğunu vurğuladı.
Türkiyədə həmçinin Çərşənbə axşamı günü, müttəfiq dəniz qüvvələrinin Krit adasının cənubunda gəmilərlə birlikdə qısa müddətli keçid təlimi verildiyi açıqlandı.
Şimali Kipr ayrıca dörd ölkənin keçirdiyi manevri “qanunsuz” adlandırdı.
Müxbir:turaz.org xüsusi müxbir Vüsalə Bayramova
Mənbə: BBC Türkçe
Həmçinin bax:https://www.bbc.com/azeri/azerbaijan-53906221
https://kafkazh.com/rusiyanin-yaratdigi-yeni-inzibati-qurulus/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ