Noyabr 28, 2021

Səudiyyə Ərəbistanı Livan səfirindən ölkəni tərk etməsini tələb edib

Səudiyyə Ərəbistanı Livanın krallıqdakı səfirindən ərazisini iki gün ərzində tərk etməsini tələb edib.

Bu barədə Turaz.org Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Səudiyyə Ərəbistanı həmçinin Livandan bütün idxallara ümumi qadağa qoyub.

Qeyd edilir ki, bütün bunlara səbəb Livanın informasiya naziri Corc Kordahinin Yəməndəki müharibəni Səudiyyə Ərəbistanının “təcavüzkarlığı” kimi xarakterizə etməsi olub. Səudiyyə Ərəbistanı nazirin ittihamlarının yayılmasından bir neçə gün sonra buna cavab olaraq Livanın krallıqdakı səfirinə 48 saat ərzində ərazisindən çıxmağı tələb edib, eləcə də həmin ölkədən idxalı dayandırıb.

Xatırladaq ki, Livanın informasiya naziri Corc Kordahi təkcə Səudiyyə Ərəbistanını deyil, Birləşmiş Ərəb Əmirliklərini də Yəməndəki müharibədə iştirakda ittiham edib.

Müxbir: Əzizə Əlizadə

Translate »